Prezidenti devirən hərbçilərə 15 gün vaxt verildi 

Prezidenti devirən hərbçilərə 15 gün vaxt verildi 

Afrika İttifaqı Niger hərbçilərinə konstitusion hakimiyyəti bərpa etmək üçün 15 gün vaxt verib.

 

Modern.az France-Presse agentliyinə istinadən xəbər verir ki, Afrika İttifaqının Sülh və Təhlükəsizlik Şurası “hərbçilərdən dərhal və qeyd-şərtsiz öz kazarmalarına qayıtmağı və ən geci 15 gün ərzində ölkədə qanuni hakimiyyətin bərpasını tələb edib.

 

Şura, həmçinin “demokratik yolla seçilmiş” prezidentin həbsini pisləyib və qiyamçılara qarşı “cəza sanksiyaları da daxil, bütün lazımi tədbirləri” görməyə hazır olduğunu bildirib.

 

Xatırladaq ki, iyulun 26-da Nigerdə Prezident Qvardiyası qiyam qaldıraraq ölkə başçısı Mohamed Bazumu vəzifədən kənarlaşdırıb.

Mənbə

Share: