“Azərbaycana uzaq səfəri bəhanə gətirmək istəmirəm” – Lopeteqi

“Real”la görüşdə sonadək mübarizə apardıq. Bir qol buraxmaqla uduzduq. Təəssüflənirəm ki, heç olmasa bir xal qazana bilmədik”.

Qol.az xəbər verir ki, bu sözləri “Sevilya”nın baş məşqçisi Xulen Lopeteqi La Liqanın 5-ci turunda “Real”a qarşı matçdan sonra mətbuat konfransında deyib.

Evdə Madrid klubuna uduzduqları görüşü (0:1) şərh edən təcrübəli mütəxəssis  məğlubiyyətin bir neçə gün əvvəl  Azərbaycana uzaq səfərlə bağlı olmadığını bildirib: “Matçın ilk hissəsində qol imkanlarımız oldu. Lakin hücumları dəqiq zərbə ilə tamamlamadıq. Bu həftə “Qarabağ”la oyun üçün Azərbaycana uzun səfər etmişik. Məğlubiyyətə bununla bəhanə gətirmək istəmirəm. Həftədə iki matç keçiririk. Mövsümün sonuna qədər belə davam etməliyik”.

Xatırladaq ki, “Sevilya” Bakıda “Qarabağ”a 3:0 hesabı ilə qqlib gəlmişdi.

Share: