“Taliban” musiqi alətlərini YANDIRDI

 

“Taliban” nümayəndələri Əfqanıstanın qərbindəki Heratda musiqi alətlərini yandırıblar.

Milletinsesi.az “Haşt-e Subh” qəzetinə istinadən xəbər verir ki, musiqi alətləri əyalətin müxtəlif yerlərində müsadirə edilib.

Yerli rəsmilər sakinlərə xəbərdarlıq edib ki, musiqi dinləmək və ifa etmək qadağandır, bu qaydaya əməl etməyənləri isə ağır cəza gözləyir.

“Taliban”ın əqidəsinə görə, musiqi alətlərində ifa etmək gənclərin korrupsiyaya yoluxmasına və cəmiyyətin deqradasiyasına səbəb olur.

Bundan əvvəl iyulun 19-da “Pajvok” xəbər verib ki, “Taliban” tərəfdarları Kabil də daxil olmaqla, ölkənin bir sıra əyalətlərində musiqi alətlərini müsadirə edib və yandırıblar.

Qeyd edək ki, Əfqanıstanın bəzi bölgələrində “Taliban”ın hakimiyyətə gəlişi ilə toylarda və kafelərdə canlı musiqi qadağan edilib.

Mənbə

Share: