Moskvanın hava məkanında bütün hava gəmilərinə müvəqqəti məhdudiyyətlər qoyulub
Bazar günü, iyulun 30-na keçən gecə Moskvada “Moscow Sity”-nin iki qülləsinin fasadları zədələnib.
Moderator.az xəbər verir ki, bu barədə Rusiyanın SİTA agentliyi məlumat yayıb.
“Partlayış “Moscow City”-də yerləşən “IQ-məhəlləsi”nin binasında baş verib.
“Presnensk sahilində yerləşən 50 mərtəbəli binanın 5-6-cı mərtəbələrində partlayış nəticəsində şüşələr sınıb”, – bunu agentliyin həmsöhbəti deyib. Zərərçəkən yoxdur, yanğın baş verməyib”, – məlumatda deyilir.
Sonradan bəlli olub ki, “IQ-məhəlləsi” qülləsində olanlar təxliyyə edilib. Eyni zamanda Moskva meri Sergey Sobyanin “Ukraynanın pilotsuz uçuş aparatlarının hücumu” barədə bəyan edib.
“Bu gecə Ukrayna pilotsuz uçuş aparatları ilə hücum baş verib. “Moscow City”-nin iki ofis qülləsində kiçik zədələnmələr var. Qurbanlar və zərərçəkənlər yoxdur”, – o, yazıb.
Həmçinin, məlumata görə, Moskvaya hücumda, guya, iştirak etmiş iki dron Moskva ətrafında vurulub. O cümlədən Odintsovoda partlayışlar eşidilib.
Bu arada isə Moskvanın hava məkanında bütün gava gəmilərininə müvəqqəti olaraq məhdudiyyətlər qoyulub. “Vnukovo”hava limanı uçuş və eniş üçün bağlanıb, reyslər digər hava limanlarına yönəldilir.
Bazar ertəsi, iyulun 24-də Moskvada eyni zamanda bir neçə rayonun sakinləri partlayışlar eşidib. Rusiya dronların hücum etdiyini bəyan edib. Onların birinin qalıqları Rusiya Müdafiə Nazirliyi binasının yaxınlığında aşkar edilib.
Elə həmin günün gecəsi Yeni Moskvanın Pervomayskoye qəsəbəsinə naməlum dron düşüb. Zərərçəkən və zədələnmələr baş verməyib.