Pakistanın Əfqanıstanla sərhədi yaxınlığındakı Bajaur rayonunda keçirilən mitinq zamanı baş verən partlayışda azı 35 nəfər həlak olub.
Bu barədə “Əl-Cəzirə” kanalı məlumat yayıb.
Polisin məlumatına görə, 100-dən çox adam yaralanıb, bəzilərinin vəziyyəti ağırdır. Yaralılardan bəziləri təyyarə ilə Pişəvər şəhər xəstəxanalarına çatdırılıb.
Hücum kamikadzenin köməyi ilə həyata keçirilib. Hələ ki, məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.