15 ölkəni əhatə edən Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECOWAS) Niger qiyamçılarını güc tətbiq etməklə hədələyib.
Modern.az AFP-yə istinadən xəbər verir ki, təşkilat onlara hakimiyyətdən əl çəkmələri üçün bir həftə vaxt verib.
ECOWAS Nigerin yeni hökumətinə qarşı maliyyə sanksiyaları tətbiq edib və hərbçilərin nəzarətində olan yeni seçilmiş prezident Mohamed Bazuminin “dərhal azad edilməsini” tələb edib.
Xatırladaq ki, iyulun 30-da Nigerdə minlərlə insan Fransa və Qərbi Afrika ölkələrinin iqtisadi birliyinə qarşı aksiya keçirib.
Nümayişçilər Fransa və Birlik əleyhinə şüarlar səsləndiriblər. Onlardan bəziləri Rusiya bayrağını dalğalandırıb.