İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri bu gün bir araya gələcək.
Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, onlayn baş tutacaq görüşdə Qurani-Kərimin silsilə şəkildə yandırılması müzakirə olunacaq:
“İsveçdə və Danimarkada Qurani-Kərimin silsilə şəkildə yandırılması halları qəbuledilməzdir. Bu gün İƏT Xarici İşlər Nazirləri bir araya gələcək. Gözlənilir ki, bu mövzuda ortaq qərarlar qəbul olunsun”.
Qeyd edək ki, görüşdə xarici işlər naziri Ceyhun Bayramov da iştirak edəcək.