Bu ərazilərdə rənglənmə işləri aparılacaq

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində, həmçinin Bakı-Sumqayıt yolu, Xırdalan dairəsindən “Vaz” dairəsinə kimi üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu barədə Milletinsesi.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən məlumat verir.

Agentlik bu üzdən sürücülərdən sözügedən küçələrdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edir.

Share: