“Qarabağ”ın Polşanın “Rakuv” klubuna qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub.
Ağdam təmsilçisindən Milletinsesi.az-a verilən məlumata görə, qarşılaşma üçün 22 min bilet satılıb.
Bakı Olimpiya Stadionunda təşkil olunacaq matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30 və 75 manatdır.
Qeyd edək ki, iyulun 2-də oynanılacaq görüş saat 20:00-da start götürəcək. “Atlılar” Polşadakı ilk oyunda məğlub olublar – 2:3.