Güney Azərbaycanda Urmiya gölü ətrafında davam edən ekoloji fəlakətlə eyni vaxtda Qərbi Azərbaycan əyalətinin Sulduz (Nəqədə) bölgəsindəki Yadigarlı gölü də tamamilə quruyub.
Milletinsesi.az-ın xəbərinə görə, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Qeyd edək ki, bundan öncə ekoloqların xəbərdarlıqlarına baxmayaraq, aidiyyəti məsul şəxslər Urmiya gölündə ekoloji problemin dərinləşməsinə baxmayaraq, ətraf göllərin, o cümlədən Yadigarlı gölünün qurumaq təhlükəsi olmadığını bildirmişdilər.
Məlumata görə, 1530 hektar səth ölçüsünə malik olan göl tamamilə quruyub.