Vilayət Eyvazovun vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən cari il avqust ayının 10-da Qusar Rayon Polis Şöbəsinin inzibati binasında keçirilməsi nəzərdə tutulan Quba, Qusar, Şabran, Siyəzən və Xaçmaz şəhər və rayonların sakinlərinin qəbulu tarixi avqust ayının 4-nə dəyişdirilib.

 

DİN-dən Moderator.az-a verilən məlumta görə, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 03.08.2023-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

 

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

 

Mənbə

Share: