Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun Qazaxıstana səfəri başlayıb.
Report-un məlumatına görə, O.Əsədov sentyabrın 23-24-də Nur-Sultan şəhərində keçiriləcək Avrasiya ölkələri parlament sədrlərinin forumunda iştirak edəcək.
Tədbirdə 50-dən çox ölkənin nümayəndəsi bir araya gələcək. Görüş “Böyük Avrasiya: Dialoq. Etibar. Tərəfdaşlıq” mövzusuna həsr olunacaq.