Keçmiş Baş nazir Surət Hüseynov Gəncə şəhərində dəfn olunub.
Modern.az xəbər verir ki, onun vaxtilə yaşadığı evdə vida mərasimi keçirilib.
Mərasimdə Surət Hüseynovun ailə üzvləri, yaxınları, dostları iştirak ediblər. Daha sonra sabiq baş nazir 4 saylı qəbirstanlıqda valideynlərinin qəbri yaxınlığında torpağa tapşırılıb.
Xatırladaq ki, 64 yaşlı sabiq baş nazir iki gün əvvəl Türkiyənin İstanbul şəhərində dünyasını dəyişib.