I və IV ixtisas qrupları üzrə iyulun 22-23-də keçirilən qəbul imtahanlarının nəticələri elan edilib.
Milletinsesi.az imtahanda ən yüksək nəticə göstərən məzunların adlarını öyrənib.
Belə ki, blok imtahanı üzrə ən yüksək nəticə (maksimal toplanıla biləcək bal 400) I ixtisas qrupunda Əliyeva Məhin Arif qızı (397 bal) və Nuriyeva Aynurə Samir qızı (397 bal), IV ixtisas qrupunda isə Həsənzadə Fəxri Anar oğludur (392.5 bal)..
Ümumi bala görə ən yüksək nəticə I ixtisas qrupunda Quliyeva Ləman Sənan qızı (693 bal), IV ixtisas qrupunda isə Həsənzadə Fəxri Anar oğluna (678.2 bal) məxsusdur.
***
13:26
I və IV ixtisas qrupları üzrə iyulun 22-23-də keçirilən qəbul imtahanlarının nəticələri elan edilib.
Dövlət İmtahan Mərkəzindən Modern.az-a verilən məlumata görə, imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (397 bal) 2 nəfər – Şəmkir rayon Fərman Salmanov adına şəhər orta məktəbinin məzunu Əliyeva Məhin Arif qızı və Kürdəmir rayon 2 saylı şəhər orta məktəbinin məzunları göstəriblər.
I ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə isə Bakı şəhər 169 saylı orta məktəbinin məzununa məxsusdur. O, imtahanın ikinci mərhələsində 395.5 bal, birinci mərhələsində isə 297.5 bal toplayıb. Beləliklə, I ixtisas qrupu üzrə ən yüksək nəticə 693 baldır.
Bu imtahanda IV ixtisas qrupu üzrə ən yüksək nəticəni (392.5 bal) Sumqayıt şəhər 11 saylı orta məktəbinin məzunu göstərib. IV ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə də həmin abituriyentə məxsusdur. O, imtahanın birinci mərhələsində isə 285.7 bal toplayıb. Beləliklə, IV ixtisas qrupu üzrə ən yüksək nəticə 678.2 baldır.