Səbuhi Məmmədlinin vəziyyəti pisləşdi – Süni tənəffüs aparatına qoşulub

Tanınmış jurnalist Səbuhi Məmmədlinin vəziyyəti pisləşib, reanimasiyaya yerləşdirilib və süni tənəffüs aparatına qoşulub.

 

Moderator.az Lent.az-a istinadən xəbər verir ki, Respublika Mərkəzi xəstəxanasında böyrək və şəkərli diabet problemi ilə bağlı müalicə olunan S.Məmmədli digər ayağının damarlarında yaranmış problemlə bağlı Bakı Sağlamlıq Mərkəzinə köçürülüb. Burda əməliyyatı uğurla başa çatmış jurnalistin vəziyyəti bu gün səhər saatlarından ağırlaşıb.

 

Dərhal reanimasiyaya yerləşdirilən və süni tənəffüs aparatına qoşulan jurnalistin durumu ağır qiymətləndirilir.

 

Qeyd edək ki, Səbuhi Məmmədli lent.az saytının əməkdaşıdır.

 

Mənbə

Share: