Gürcüstanda ölənlərin sayı 15-ə çatdı

Gürcüstanın qərbində yerləşən Şavi kurort zonasının yaxınlığında baş vermiş torpaq sürüşməsi nəticəsində həlak olanların sayı 15-ə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarəetməsi Xidməti məlumat yayıb.

 

Ölən şəxslərdən dördünün meyiti bu gün tapılıb.

 

Xatırladaq ki, təbii fəlakətlə əlaqədar Gürcüstanda avqustun 7-si matəm günü elan edilib.

Mənbə

Share: