İsrailin paytaxtı Təl-Əvivin Montefiore küçəsində atışma baş verib.
Modern.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” nəşri İsrail polisinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, bir nəfər təhlükəsizlik əməkdaşına atəş açıb, zərərçəkən xəstəxanaya yerləşdirilib.
Atəş açan şəxs hadisə yerindən qaçmağa çalışıb, lakin digər bir təhlükəsizlik əməkdaşı tərəfindən güllələnib.
İsrail polis rəisi Yaakov Şabtai atəş açan şəxsin Fələstin Muxtariyyətinin Cenin şəhərinin 27 yaşlı sakini olduğunu bildirib. İsrail hakimiyyəti hadisəni terror aktı kimi dəyərləndirib.