Ərdoğan Putinlə görüşünü nazirləri ilə müzakirə edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin üzvləri ilə Rusiya Prezidenti Vladimir Putinin ölkəyə planlaşdırılan səfərini müzakirə edəcək.

 

Modern.az Türkiyənin “Star” qəzetinə istinadən xəbər verir ki, hökumətin iclası avqustun 7-də, bazar ertəsi keçiriləcək. İclasda Ərdoğan hökumət üzvlərilə Rusiya Prezidenti ilə son telefon danışığını müzakirə edəcək, həmçinin “taxıl sazişi” ətrafında yaranmış vəziyyətə toxunacaq.

 

Qeyd edək ki, daha əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya və Türkiyə Prezidentlərinin görüşünün yeri və dəqiq tarixinin diplomatik kanallar vasitəsilə razılaşdırılacağını bildirib.

Mənbə

Share: