Qətərli şeyx Mabhut Al-Marri sosial şəbəkələrdə “PSJ”nin hücumçusu Neymarın bu yay “Barselona”ya qayıdacağını yazıb.
Modern.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Al-Marri hər iki klubun rəhbərliyinə yaxındır, hətta “Barselona”nın prezidenti Joan Laporta ilə dostdur.
Qeyd edək ki, avqustun 5-də Neymar sosial şəbəkələrdən “PSJ”nin futbolçusu olması ilə bağlı məlumatı silib. 31 yaşlı Neymar 2017-ci ildən “PSJ”də çıxış edir. Keçən mövsüm o, 29 oyunda 18 qol vurub, 17 məhsuldar ötürmə edib, lakin aldığı zədə səbəbindən mart ayından meydana çıxmır.