Maksim Messi və Ronaldoya səs vermədi

Millimizin baş məşqçisi Nikola Yurçeviç və kapitan Maksim Medvedevin FİFA-nın dünyanın ən yaxşı futbolçusunun sorğusunda kimlərə səs verdiyi müəyyənləşib.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, xorvatiyalı mütəxəssis səslərini müvafiq ardıcıllıqla Kriştiano Ronaldo (Portuqaliya, “Real”), Lionel Messi (Argentina, “Barselona”), Məhəmməd Salaha (Misir, “Liverpul”) verib.

M.Medvedev isə Vircil van Deyki (Hollandiya, “Liverpul”) birinci, Məhəmməd Salahı (Misir, “Liverpul”) ikinci, Matteys de Liqti (Hollandiya, “Ayaks”/”Yuventus”) üçüncü yerə layiq bilib.

Azərbaycanlı jurnalist Rasim Mövsümov da səsvermədə iştirak edib. Onun sıralaması belə olub: Vircil van Deyk, Sadio Mane, Məhəmməd Salah.

Qeyd edək ki, 2019-cı ilin ən yaxşı futbolçusuna verilən “The Best” mükafatına Lionel Messi layiq görülüb.

Share: