Azərbaycanın 18 yaşadək oğlan basketbolçulardan ibarət milli komandası Bakıda keçirilən Avropa çempionatının “C” divizionunda 5-ci olub.
Milletinsesi.az xəbər verir ki, 5-9-cu yerlər uğrunda mübarizədə sonuncu oyununa çıxan yığma “Sərhədçi” İdman Mərkəzində San Marino ilə qarşılaşıb və rəqibinə 69:63 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, final oyunu saat 20:00-da Monako və Cənubi Kipr yığmaları arasında keçiriləcək.