Suriyadan qanunsuz yollarla Türkiyəyə keçmək istəyən PKK terrorçuları yaxalanıb

 

Suriyadan qeyri-qanuni yollarla Türkiyəyə keçmək istəyən 6 nəfər yaxalayıb.

Milletinsesi.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Terrora və terrorçulara keçid yoxdur! Sərhəd Qartallarımız Suriyadan qeyri-qanuni yollarla ölkəmizə keçmək istəyən 6 nəfəri yaxalayıb. Araşdırmalar nəticəsində həbs edilən şəxslərdən 4-nün PKK terror təşkilatının üzvü olduğu müəyyən edilib”, – nazirliyin məlumatında deyilir.

Mənbə

Share: