Saxa Respublikasının (Yakutiya) ilk Prezidenti Mixail Yefimoviç Nikolayev 87 yaşında dünyasını dəyişib.
O, Saxa xalqının qan yaddaşı, dövləti, ölkəsi, şəhəri, kəndi idi. Saxa (Yakutiya) xalqına dirilik, rus asılılığından nisbətən qurtuluş gətirdi. 1991-ci ildə yakutları və ölkənin sərvətlərini repressiyadan qurtardı. Saxanın tarixini, tarixi şəxsiyyətlərini xalqa qaytardı. Dünyanın hər yerindən Saxaya yollar çəkdi.
3 milyon kvadrat kolometr ərazisi olan Saxanın saxalılara-türklərə məxsus olduğunu bir daha dünyaya sübut etdi.
Bu gün Moskvada Saxa Respublikasının (Yakutiya) nümayəndəliyində MÖHTƏŞƏM və BÖYÜK SAXA OĞLU, TÜRK OĞLU Mixail Nikolayevlə son görüş olacaq.
Yakutiyanın indiki Prezidenti Aysen Nikolayevin sərəncamı ilə iyulun 8-də mərhumun nəşi vətəninə gətiriləcək. Moskvadan təyyarə ilə Saxaya 8 saat yoldur. 8 avqustda Yakutsk şəhərində Opera və Balet teatrında Saxanın ilk Prezidenti ilə xalqın vida mərasimi olacaq.
Mixail Yefimoviçin qəlbi dayanan andan – avqustun 5-dən Saxa yas və hüzn içindədir. İnsanlar onun tikib qurduğu meydanlara axışır və xatirəsi üçün şam yandırırlar.
Mərhum avqustun 8-də öz kəndində – Oktyomtsda, oxuduğu məktəbin yaxınlığında dəfn olunacaq.
Saxanın ilk Prezidenti Mixail Yefimovun yaxın dostu, həmyerlimiz Əliş Məmmədov Mixail Yefimovun ölümü ilə bağı bunları deyib:
“2001-ci ildə Mixail Yefimov mənə “Saxanın fəxri vətəndaşı” adını veribdir. Hazırda ölkənin Prezidenti Aysen Nikolayev və Baş naziri ilə birlikdə onun doğulduğu kənddə hazırlıq işləri görürürük. O, mənim ən yaxın dostum idi. Belə böyük dostu itirmək çox ağırdır. Burada hər kəs mənə də ayrıca başsağlığı verir”.