“Kəpəz” Azərbaycan çempionatlarında yubiley qolunu vurub

“Kəpəz” Azərbaycan çempionatlarında yubiley qolunu vurub.

Bu, Premyer Liqanın 2023/2024 mövsümünün I turunun oyununda baş verib.

Gəncədə “Neftçi”ni qəbul edən Azər Məmmədovun kollektivi Mate Kvirkviyanın penaltidən vurduğu yeganə top sayəsində 1:0 hesablı qələbə qazanıb. Gürcüstanlı yarımmüdafiəçi “Kəpəz”in öz meydanında ölkə çempionatlarında 600-cü qolunun müəllifi kimi tarixə düşüb.

Bununla da bölgə təmsilçisi evdə 600 dəfə fərqlənən üçüncü komanda olub. Yalnız “Qarabağ”la “Neftçi” rəqiblərini daha çox məyus edib.

Qeyd edək ki, “Kəpəz” həm evdə, həm də, ümumiyyətlə, ölkə çempionatlarında ilk qoluna 1992-ci il mayın 3-də imza atıb. “Turan”la qarşılaşmada (2:1) Cavid Əhmədov tarixi qolun müəllifi olub.

Mənbə

Share: