
Türkiyənin Kocaeli vilayətinin Derince bölgəsində güclü partlayış baş verib.
Modern.az xəbər verir ki, günorta saatlarında bölgənin sahilə yaxın hissəsində partlayış səsi eşidilib.
Partlayışın səbəbi məlum deyil, ərazidə tüstü və toz buludu müşahidə edilir.
Bölgəyə xilasetmə, tibb və polis işçiləri göndərilib.