“Partizan” oyununun biletləri satışa çıxarıldı

“Partizan” oyununun biletləri satışa çıxarıldı

UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsində keçiriləcək “Sabah” – “Partizan” (Serbiya) ilk oyunu üçün bilet satışına başlanılıb.

 

Klubdan verilən məlumata görə, biletləri “iTicket.az” saytından, portalın məntəqələrindən, avqustun 8-dən etibarən isə “Bank Respublika Arena”nın kassasından əldə etmək mümkündür.

 

Satılmış hər biletdən əldə olunan bir manat məbləğində vəsait Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.

 

Qeyd edək ki, avqustun 10-da keçiriləcək “Sabah” – “Partizan” görüşü saat 20:00-da başlayacaq.

 

Mənbə

Share: