Emil Balayev növbəti dəfə “Tobol”un ən yaxşıları arasında

Millimizin və “Tobol”un üzvü Emil Balayev Qazaxıstan çempionatının 27-ci turunda  “Şaxtyor”la  keçirilən görüşün (1:0) ən yaxşı futbolçuları arasında yer alıb.

Qol.az klubun saytına istinadən xəbər verir ki, 25 yaşlı qolkiper “Instat”ın təhlilinə görə, 260 xalla komanda yoldaşı Caba Kankava ilə birgə 3-4-cü yerləri bölüşdürüb. Millimizin üzvü sözügedən görüşdə bir superseyvlə yadda qalıb və qapısını toxunulmaz saxlayıb.

“Tobol”un ən yaxşısı Fernander Kassay (299 xal) seçilib. Ruslan Valiullin (287) xalla 2-ci olub.

Share: