“Kəpəz” heç vaxt səfərdə “Zirə”yə qalib gələ bilməyib

“Kəpəz” heç vaxt səfərdə “Zirə”yə qalib gələ bilməyib

“Kəpəz” Azərbaycan Premyer Liqasının II turunda üz-üzə gələcəyi “Zirə”yə tarixi ərzində heç vaxt səfərdə qalib gələ bilməyib.

 

Moderator.az “report”a istinadla bildirir ki, 2015-ci ildən elitada iştirak edən paytaxt təmsilçisi həmin vaxtdan bəri 8 dəfə qəbul etdiyi gəncəlilərə uduzmayıb.

 

Bakıda keçirilən qarşılaşmaların 4-də heç-heçə qeydə alınıb, 4 dəfə isə ev sahibləri 3 xala seviniblər.

 

Ümumiyyətlə, “Kəpəz” 2015-ci ildən bəri baş tutan 16 duelin yalnız 3-də meydanı qalib tərk edib. Bunun hər üçü ev oyununda reallaşıb. Bölgə təmsilçisi “Zirə” üzərində sonuncu dəfə 2017-ci ilin martında – yəni, 6 il 5 ay əvvəl qələbə qazanıb. Həmin dönəmdən sonrakı 8 görüşün yarısında bərabərlik qeydə alınıb. Maraqlıdır ki, bu heç-heçələrin üçü komandaların çempionat çərçivəsindəki son duellərinə təsadüf edib.

 

Qeyd edək ki, avqustun 12-də keçiriləcək “Zirə” – “Kəpəz” oyunu saat 21:00-da başlayacaq.

 

 

Mənbə

Share: