
Türkiyə Ordusu İraqın şimalında “Pəncə-Kilid” əməliyyatına davam edir.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, əməliyyat bölgəsində PKK terror qruplaşmasının 4 üzvü məhv edilib.
“Şəhidlərimizin qanını yerdə qoymadıq, qoymayacağıq!”, – Nazirlik bildirib.
Qeyd edək ki, Türkiyə Ordusu sözügedən ərazidə son iki gündə 6 şəhid verib.