ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığından bir həftə əvvəl Administrativ Büdcə İdarəsinin rəhbəri Mika Malveyniyə Ukraynaya 400 milyon dollar hərbi yardımın ayrılmasını müvəqqəti olaraq bloklamaq tapşırığı verib.
Axar.az xəbər verir ki, bu məlumatı “Vaşinqton Post” qəzeti yayıb. Məlumata görə, iyulun ortasında həmçinin Müdafiə Nazirliyi və Dövlət Departamentinə də tranşın verilişinin dayandırılması barədə xəbər verilib.
Trampın belə qərarı Ukrayna hökumətindəki korrupsiya qorxusu ucbatından verdiyi bildirilib.