Putinin “kirvəsi”nin dörd “dostu” uzunmüddətli həbs cəzasına məhkum edilib

Putinin “kirvəsi”nin dörd “dostu” uzunmüddətli həbs cəzasına məhkum edilib

 

“Məhkum olunanlar arasında Rusiya prezidenti administrasiyası və Rusiya xüsusi xidmət orqanları nümayəndələri ilə birbaşa əlaqədə olan rusiyalı hərbi kəşfiyyatçı da var…”

 

Ukraynada Ali Radanın sabiq deputatı Viktor Medvedçukun ətrafından dörd nəfər dövlət çevrilişinə hazırlıq cəhdinə görə uzunmüddətli həbs cəzasına məhkum edilib.

 

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (UTX) məlumat verib. Məlumatı “meduza.io” nəşri yayıb.

 

İstintaqın versiyasına görə, ittiham edilənlər Rusiya hakimiyyətinə Ukraynanı işğal etməyə kömək göstərilməsi üçün Rusiya ordusunun tammiqyaslı hərbi müdaxiləsinin başlananması ilə eyni vaxtda dövlət çevrilişinə cəhd edib.

 

UTX iddia edir ki, onlar Kiyevdə və digər regionlarda nəzarətlərində olan ictimai təşkilatlar vasitəsilə hakimiyyəti ələ keçirməyi planlaşdırıb.

 

“Bu Kremlyönümlü mərkəzlər Ukrayna paytaxtında üzdəniraq “milli məclis” keçirib ölkənin ali hərbi-siyasi rəhbərliyinin hakimiyyətdən kənarlaşdırılması haqqında “qətnamə” qəbul etməyi planlaşdırıb”, – UTX-nin məlumatında deyilir.

 

Həmçinin məlumat verilir ki, məhkum olunanlar arasında Rusiya vətəndaşı, Rusiya prezidenti administrasiyası və Rusiyanın xüsusi xidmət orqanları nümayəndələri ilə “birbaşa əlaqə”də olan hərbi kəşfiyyatçı da var. O, 10 il müddətində azadlıqdan məhrum edilub.

 

İvano-Frankovsk prokurorluğu dəqiqləşdirib ki, rusiyalı qiyabi olaraq məhkum edilib. Yerdə qalanlar 5-7 il müddətlərində həbs cəzası alıb.

 

Rusiya KİV-ləri bu barədə məlumat verərkən məhkum olunanları Medvedçukun “silahdaşları”, Ukraynada qadağan edilmiş Rusiyayönümlü “Müxalif platforma-həyat uğrunda” partiyasının liderinin özünü isə “müxalif ukraynalı siyasətçi” adlandırıb.

 

SİTA agentliyi öz məqaləsində vurğulayır ki, “Ukraynada çoxdandır ki, Medvedçuk siyasi cəhətdən təqib edilir”.

 

Viktor Medvedçuk multimilyardçıdır, sabiq ukraynalı siyasətçisi, Rusiya prezidentinin “kirvəsi”dir. O, dövlətə xəyanətdə və “LXR” və “DXR” separatçı qurumlara dəstəkdə şübhəli bilinir.

 

İstintaqın məlumatına görə, onun Donbasdan qanunsuz kömür tədarükündə və yaraqlıların maliyyələşdirilməsində əli ola bilər. Ukraynada onu 15 il həbs cəzası gözləyir.

 

2021-ci ilin mayından Medvedçuk ev dustaqlığında olub. Rusiya qoşunlarının Ukraynaya hərbi müdaxiləsi başlayandan dörd gün sonra o, qaçıb. 

 

UTX onu yalnız aprelin 12-də saxlayıb. Beş ay həbsdə olandan sonra Medvedçuk Mariupolun “Azovpolad”ının 200 nəfər müdafiəçisinə dəyişdirilib.

 

Bu ilin yanvar ayında Medvedçuk Ali Radanın deputat mandatından və Ukrayna vətəndaşlığından məhrum edilib. Bundan sonra o, müharibə başlanandan ilk dəfə olaraq açıq bəyanatla çıxış edib.

 

Öz çıxışında Medvedçuk Rusiyanın hərbi müdaxiləsinə dəstək verib və iddia edib ki, “Rusiya təkcə öz iqtisadi maraqlarını deyil, həm də beynəlxalq aləmdə özünün şərəf və ləyaqətinin müdafiəsi zərurəti ilə üz-üzə qalıb”.

Mənbə

Share: