Beşmərtəbə adlanan ərazidə içməli suyun verilişində məhdudiyyət yaranıb

Beşmərtəbə adlanan ərazidə içməli suyun verilişində məhdudiyyət yaranıb

Bakının Yasamal rayonu Beşmərtəbə adlanan ərazisinə içməli suyun verilməsində məhdudiyyət yaranıb.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus “Azərsu” ASC-dən bildirilib.

Məlumata görə, bu, magistral su kəmərində baş vermiş qəza ilə əlaqədardır.

Hazırda qəzanın aradan qaldırılması işləri davam etdirilir.

Mənbə

Share: