
“Türkiyə danışıqlar prosesinin bütün tərəfləri ilə açıq və aydın danışan yeganə ölkədir…”
“Dünyanın gələcəyi və iqtisadiyyatda problemlər baxımından Ukraynada müharibəyə son qoyulmalıdır…”
Türkiyə hesab edir ki, rusiyalılar danışıqlar prosesində iştirak etmədən heç bir nəticə əldə olunmayacaq.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” nəşri yazıb
Səudiyyə Ərəbistanında Ukrayna üzrə danışıqlarda Türkiyə nümayəndəsi Akif Çaqatay Kılıç bəyan edib ki, “əgər Rusiya məsələnin həlli axtarışına daxil edilməsə, nə nəticə olacaq, nə də qərar”.
Nəşr qeyd edir ki, bununla Türkiyə “taxıl sazişi”nin işinin bərpası məsələsində Rusiyaya yönəlik addım atacağını anladıb.
Lakin Almaniya mümayəndələrinin fikrincə, hazırda Rusiyanı bu məsələdə danışıqlar prosesinə daxil etmək korrekt deyil.
Almaniya hesab edir ki, Rusiya lazımi məqamda daxil edilməlidir, yəni bunun üçün o, hücumlara son qoymalıdır.
Bundan başqa, nəşrin məlumatına görə, Səudiyyə Ərəbistanının Ukrayna üzrə üçüncü təşəbbüsü oktyabrda gözlənilir və onun Türkiyədə keçirilməsi istisna edilmir.
Xatırladaq ki, Ukraynada müharibənin sona çatması yollarının axtarılması üzrə iki görüş Rusiya nümayəndələrinin iştirakı olmadan keçib.
Bu zaman nəşr qeyd edib ki, Türkiyə danışıqlar prosesinin bütün tərəfləri ilə açıq və aydın şəkildə danışan az qala yeganə ölkədir.
Türkiyə hakimiyyəti əmin edir ki, regionun və dünyanın gələcəyini və bütün dünya üçün iqtisadiyyatda problemləri nəzərə alaraq Ukraynada müharibə bitməlidir.
Bu dəlillərdən çıxış edərək Türkiyə münaqişə edən tərəfləri ümumi danışıqlar masası arxasında əyləşdirməyə cəhd edir.
Ciddədə Ukrayna üzrə danişiqlar
Avqustun 5-6-da Ciddədə (Səudiyyə Ərəbistanı) 42 ölkənin milli təhlükəsizlik və xarici siyasət üzrə müşavirlərinin görüşü keçirilib.
Bu “sülh sammiti” Ukrayna üçün “davamlı və ədalətli sülhün” bərpası prinsiplərinə həsr edilib.
Görüşdən sonra yekun sənəd imzalanmayıb, lakin bütün iştirakçılar dövlətlərin ərazi bütövlüyünə tərəfdar çıxıb və növbəti görüş barədə razılıq əldə olunub.