Suriyadan Türkiyəyə daxil olmaq istəyən terrorçu sərhəddə yaxalanıb

Suriyadan Türkiyəyə daxil olmaq istəyən terrorçu sərhəddə yaxalanıb

Suriyadan Türkiyəyə keçməyə cəhd edən PKK/PYD terror təşkilatının bir üzvü Şanlıurfanın Suruç rayonunda saxlanılıb.

Terrorçunun Suriyadan Türkiyəyə keçməyə cəhd edəcəyinə dair kəşfiyyat məlumatından sonra təhlükəsizlik qüvvələri sərhəd xəttində tədbirləri gücləndirib.

Onlar terror təşkilatı PKK/PYD üzvü olduğu müəyyən edilən terrorçunu sərhəd xəttində yaxalayıb.

Terrorçu haqqında cinayət işi başlanılıb.

Mənbə

Share: