BDU və Eskişehir Texniki Universiteti arasında “Erasmus” mübadilə protokolu imzalanıb

BDU və Eskişehir Texniki Universiteti arasında “Erasmus” mübadilə protokolu imzalanıb

Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyənin Eskişehir Texniki Universiteti arasında “Erasmus” mübadilə protokolu imzalanıb.

 

 

Bu barədə Moderator.az-a BDU-dan məlumat verilib.

 

Protokolu BDU-nun rektoru  Elçin Babayev və Türkiyənin Eskişehir Texniki Universitetinin rektoru Adnan Özcan imzalayıb.

 

Protokol çərçivəsində təhsilalanların, o cümlədən tədqiqatçıların və akademik heyətin mübadiləsi nəzərdə tutulur.

 

Qeyd edək ki, əsası 2018-ci ildə qoyulmuş Eskişehir Texniki  Universiteti Türkiyənin nüfuzlu universitetlərindən biridir. Eskişehir Texniki  Universitetində beş fakültə, iki məktəb, dörd araşdırma mərkəzi fəaliyyət göstərir.

 

Mənbə

Share: