“Azərbaycan Dəmir Yolları”nda kadr dəyişikliyi olub

“Azərbaycam Dəmir Yolları” QSC-nin (ADY) törəmə müəssisəsi “ADY Əmlak” MMC-nin direktoru Pərviz Qulam vəzifəsindən azad edilib.

Şirkətə rəhbərlik Fərid Hüseynova həvalə olunub.

O, həm də ADY-yə məxsus “ADY Servis” MMC-nin qanuni təmsilçisidir.

Xatırladaq ki, “ADY Əmlak” 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 69 480 manatdır.

Mənbə

Share: