İrəvanda ərzaq digər Aİİ paytaxtlarından bahadır

“İrəvanda ərzaq dollar ifadəsində Avrasiya İqtisadi İttifaqının digər paytaxtlarından bahadır”.

 

Modern.az xəbər verir ki, bunu “Sputnik Armenia”ya iqtisadçı Atom Markaryan deyib.

 

“Süd və yumurtanın qiymət fərqi xüsusilə böyükdür və bazara yeni oyunçuların daxil olmasını və nəzarətin zəif olduğunu nəzərə alsaq, kartel yarana bilər”, – o bildirib.

 

“Ermənistanın vergi orqanlarının öyrənməli olduğu bir şey var ki, müvafiq idarələr təkcə qiymətə deyil, həm də inqrediyentlərin keyfiyyətinə və istehsal texnologiyalarına uyğunluğuna diqqətlə baxmalıdırlar”, – iqtisadçı əlavə edib.

 

Mənbə

Share: