“Sabah”dan ayrılan Coy Lens Mikels Səudiyyə Ərəbistanı klubu “Əl-Faysal”la müqavilə bağlayıb.
“Report” xəbər verir ki, bu barədə Harmah təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bildirilib ki, almaniyalı futbolçunun imzalanma mərasimində klubun idarə heyətinin sədri Əbdül Məcid bin Əbdüləziz Əl-Aimin iştirak edib. 29 yaşlı hücumçunun müqavilə müddəti barədə heç bir məlumat verilməyib.
Qeyd edək ki, 2021-ci ildən “Sabah”da çıxış edən Coy Lens Mikels 2022/2023 mövsümündə Azərbaycan Premyer Liqasında keçirdiyi 35 oyunda 17 qol vurub.