“Ukrayna Rusiya Federasiyası tərəfindən ələ keçirilən ərazilərin müqabilində NATO-ya üzv ola bilər”.
Bu barədə Şimali Atlantika Müqaviləsi Təşkilatının baş katibinin aparat rəhbəri Stran Yanssen bildirib.
“Düşünürəm ki, həll yollarından biri Ukraynanın ərazilərindən imtina etməsi və bunun müqabilində NATO-ya üzv olması ola bilər”, – Yanssen deyib.
O bildirib ki, Ukraynanın müharibədən sonrakı alyans kontekstində gələcək statusu ilə bağlı müzakirələr artıq davam edir. Xüsusilə, Kiyevin ərazisinin bir hissəsindən imtina etməsi də müzakirə mövzusudur:
“Mən demirəm ki, belə olmalıdır. Amma bu, ağlabatan bir həll ola bilər”.