İspaniyada təkrar seçkilər institusional böhrana səbəb olub

Sentyabrın 23-də İspaniyada elan edilib ki, noyabrın 10-da keçiriləcək təkrar ümummilli seçkilərlə əlaqədar, noyabrın 1-də seçki kampaniyasına start veriləcək. Müvəqqəti hökumət, buraxılmış parlament, ali hakimiyyət təsisatlarının və dövlət orqanlarının fəaliyyətinin ləngiməsi – ölkə yaxın gələcəyə bu cür balansla qədəm qoyur.

AZƏRTAC xəbər verir ki, son dörd ildə dördüncü dəfə keçirilən ümummilli seçkilər ölkənin büdcəsinə yenidən ziyan vurub: bu seçkilərin keçirilməsi üçün xərclərin ümumi məbləği 730 milyon avroya bərabər olub. Seçkilər keçirilərkən əsas xərclər sırasına poçt şöbələrinin səslərin paylanması ilə bağlı təşviqat işi; bülletenlərin və zərflərin çap edilməsi; ölkənin bütün ərazisində dövlət təhlükəsizliyi orqanlarının əməkdaşlarının yerləşdirilməsi ilə bağlı məsrəflər daxildir.

Lakin bu qərarın qəbul edilməsinə əsas var, çünki siyasi kursu müəyyən edən sabit hökumətin mövcudluğu daxili (Kataloniya məsələsi) və xarici təhdidlərlə – Brexit, Almaniyada ressesiya və Aİ-də siyasi qeyri-sabitlik ilə üzləşmiş ölkə üçün prioritet məsələdir. Siyasi şərhçilərin fikrincə, məhz Böyük Britaniyanın Avropa İttifaqından çıxması prioritet məsələdir, çünki bu, Hibraltar məsələsinin həllinə təsir göstərə bilər.

Təkrar seçkilər maliyyə xərcləri doğurmaqla bərabər, ölkədə çoxpartiyalılıq yarandığı vaxtdan çox həssas bir problemə çevrilmiş qanunvericilik irsinə də təsir göstərir, çünki ilk demokratik qanunverici orqanlarda iki partiya növbə ilə üstünlük əldə edirdi. Bu baxımdan 2016-cı ildə keçirilmiş təkrar seçkilər son onillikdə ən səmərəsiz dövr olub: irəli sürülmüş çoxsaylı təşəbbüslərdən yalnız 37-si bəyənilib. 2017-ci ildə Konqres tərəfindən cəmi 13 qanun qəbul edilib, bu isə 1982-ci ildən bəri ən aşağı göstəricidir.

Təkrar baxılmaq üçün qaytarılmış qanunlardan biri 2019-cu il aprelin 28-də keçirilmiş seçkilərdə qalib gəlmiş PSOE partiyasının təklif etdiyi evtanaziyanın dekriminnalaşdırılması haqqında qanundur. Ötən həftə bu qanun parlamentdə ilk dəfə müzakirə edilib, lakin ölkədə yeni seçkilər təyin edilməsi ilə əlaqədar bu təşəbbüs təxirə salınıb.

Həllini gözləyən başqa sosial məsələlər də var: fiziki imkanları məhdud olan şəxslərin sosial təminatının yaxşılaşdırılması haqqında qanun; sonu görünməyən pensiya islahatı; cinayət məcəlləsi; regional siyasət, o cümlədən İspaniya kəndlərinin depopulyasiyası, habelə muxtar qurumların maliyyələşdirilməsi üçün nəzərdə tutulan 5000 milyon avro məbləğində vəsaitin dondurulması ilə əlaqədar sorğular; borcun artması, işsizlik göstəriciləri əmək bazarında vəziyyətin pisləşməsinə dəlalət edir.

Bunlar İspaniyanın qeyri-müəyyən siyasi həyatının bəzi nəticələridir. Lakin hazırda müvafiq qanunlar qəbul edən və azı 2020-ci ilə qədər iflic vəziyyətində olacaq qanunvericiliyin tamamilə bloklanmasından ehtiyat edən muxtar qurumların səlahiyyətinə aid məsələlər vəziyyəti bir qədər sadələşdirir.

Share: