İstanbul derbisi üçün hakim təyinatları açıqlandı

Türkiyə Superliqasının 6-cı turunda keçiriləcək “Qalatasaray” – “Fənərbaxça” oyunu üçün hakim təyinatları açıqlanıb.

Qol.az-ın Türkiyə Futbol Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, İstanbul derbisinin baş hakimi Cüneyt Çakır olacaq. Ona Bahattin Duran və Tarık Ongun köməklik edəcək. Dördüncü hakim funksiyasını Zorbay Küçük yerinə yetirəcək.

Qeyd edək ki, “Qalatasaray” – “Fənərbaxça” oyunu sentyabrın 28-i keçiriləcək.

Share: