
Niderlanda səfər edən Ukrayna Prezidenti Volodimir Zelenski “F-16″ların ölkəyə tədarükü məsələsini qaldıracaq.
Bu barədə Ukrayna lideri teleqram kanalında bildirib.
Səfər çərçivəsində Zelenski Baş nazir Mark Rutte ilə danışıqlar aparacaq.
Qeyd edək ki, avqustun 17-də Amerika Birləşmiş Ştatları “F-16” qırıcılarının Danimarka və Niderlanddan Ukraynaya təhvil verilməsini təsdiqləyib. ABŞ-nin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib ki, Ukrayna pilotların hazırlığı başa çatdıqdan sonra Amerika qırıcıları ilə təmin olunacaq.


