
“Adi insanlar kommunist partiyasının cinayətkar mahiyyətini təsəvvürünə belə gətirə bilməz…”
“Çin Kommunist Partiyası çökəndə və məhkəmə qarşısında dayananda o, ədalətin şər üzərində zəfər çalacağına şübhə etmədən tribunaya qalxacaq…”
Çin Kommunist Partiyası vicdan məhbuslarından canlı orqanlar mənbəyi kimi istifadə etmək üçün onları qətlə yetirir.
Moderator.az xəbər verir ki, bu barədə “epochtimes.ru” nəşri yazıb.
Silahlı əsgərlərlə mühafizə edilən, beş cərrah və tibb bacıları olan furqona daxil olarkən Çjen Çji növbəti 25 ildə onu təqib edəcək dünyaya düşməsindən xəbərsiz olub.
Şokedici şahidlik
O zaman Çinin ən böyük hərbi hospitallarının birində həkim-intern işləmiş Çjen Çji təkcə onu bilib ki, Çinin şimal-şərqində Dalyan şəhəri ətrafında yerləşən hərbi həbsxananın yaxınlığında “məxfi hərbi tapşırığı” yerinə yetirir.
Maşın ətrafdakıların nəzərlərindən qorunması üçün açıq-mavi rəngli parça ilə dörd tərəfdən örtülü olub.
Qapı açılanda dörd nəfər əsgər ətrafları nazik iplə bağlanmış və cinsiyyət üzvünə dolanmış kişi gətirilib. Onun təximinən 18 yaşı olardı, bu ərəfədə, cərrahi briqadaya məlumat verildiyi kimi, onun orqanları “sağlam və təzə” olub.
Həkim Çjenə oğlanın “ayaqlarının üstündən basıb hərəkət etməyə inkan verməməyi” əmr edib. O, əlləri ilə kişinin ayaqların basıb, onların isti olduğundan dəhşətə gəlib. Kişinin boğazından qan axıb.
O, həkimin oğlanın qarnını açdığını, daha iki həkimin daxilə nüfuz edərək hərəsinin bir böyrəyi çıxardığını görüb. Oğlanın ayaqları tərpənib, boğazı hərəkət edib, amma səsi çıxmayıb.
“Arteriya və venalarını kəsin, cəld olun!”, – həkim Çjenə deyib.
O, bunu edəndə o qədər qan fışqırıb ki, Çjenin xalatı və əlcəkləri qana boyanıb. Bu məqamda o, qurbanın gözlərini çıxarmaq əmri alıb.
Çjen oğlanın gözlərinə baxıb. Ona iki bərəlmiş gözlər baxıb.
“Bu, sözlə ifadə edilməyən dəhşət idi. O, birbaşa mənə baxırdı. Onun qaşları hərəkət edirdi. O, sağ idi”, – həkim Çjen iyul ayında “The Epoch Times” qəzetinə müsahibəsində xatırlayıb, ilk dəfə olaraq baş verənlər haqqında əsl adını gizlətmədən danışıb.
Lakin o zaman, 1994-cü ildə furqonda o, tezliklə vicdan məhbuslarının orqanlarının çıxarılması və onların tələb üzrə satılması üçün yaradılan industriya aparatına çevriləcək nəsnənin iştirakçısı olduğundan xəbərsiz olub.
Furqonda o, digər həkimlərə deyib: “Mən bunu edə bilmərəm”.
O, sanki iflic olub, o, beyninin boşaldığını, tər basdığını, titrədiyini hiss edib.
Onun qarşısında əyləşən həkim oğlanıb başını furqonun döşəməsinə sıxıb. İki barmağı ilə qaşlarına basaraq, digər əlinə hemostat götürərək həkim oğlanın hər iki gözünü çıxarıb.
Hərəkətsiz bədəni qara polietilen paketə qoyub, kənarda gözləyən əsgərlərə ötürüblər. Furqon geriyə, Çjenin ordinatura keçdiyi Şenyan hərbi dairəsinin Baş Hospitalına tərəf gedib.
Tibb bacıları tez bir zamanda qanlı tibbi avadanlığını yığışdırıb. Onlar hospitala çatanda, iki əməliyyat otağında işıqlar yanıb. İkinci həkim briqadası orqan transplantasiyasının başlanmasını gözləyib.
Çjen Çji assistentlik etmək üçün özünü çox pis hiss edib, hərçənd, şöbə müdiri onun əməliyyatda iştirak etməsini istəyib. O, bir neçə metr aralıda əyləşib əməliyyatın gedişini müşahidə edib.
Orqan köçürülməsi əməliyyatları başa çatanda tibb personalı elit restorana yollanıb və sakitcə qonaqlıq keçirib, Çjen isə yemək yeyə bilməyib. Yemək məclisindən sonra o, məzuniyyətə gedib, bu zaman hərarəti qalxıb.
O zamandan bu bir cüt ümidsiz, qorxu və ağrı dolu gözlər doktor Çjenə hər gün və hər gecə əzab verib.
“Onun gözləri qarşısında gənc bir həyat, sağlığında orqanları çıxarılan insan canlanıb”, – o, deyir.
Milyardlıq industriya
Doktor Çjenin furqonda və sonra xəstəxanada müşahidə etdiyi dəhşət dövlət tərəfindən orqanların məcburi çıxarılması kütləvi şəkildə hələ sanksiyalaşdırılmayan 1994-cü ildə baş verib.
Tezliklə bu, milyardlıq industriyaya çevrilib, burada vicdan məhbuslarından, o cümlədən təqib edilən “Falunqun” dini qrupuna sadiq olanlardan orqanların canlı bankı kimi istifadə edilib.
Xəstəxananın yerləşdiyi şəhərdə həm də “Sutszyatun” həbs düşərgəsi yerləşib, bir çox ifşaedici materialların göstərdiyi kimi, 1999-cu ildən təqiblərə məruz qalan “Falunqun” qrupunun həbsdə olan davamçılarının onların orqanlarının saxlanılması naminə kütləvi məhvi yeri olub.
“Sutszyatun” yeraltı obyektin beynəlxalq ifşasından sonra bağlanmasına rəğmən, Çində böyük sayda buna bənzər digər düşərgələr də mövcuddur.
Çjen Çji 2006-cı ildən “The Epoch Times” nəşrinə Çin Kommunist Partiyasının qəddar fəaliyyətini ifşa etmək üçün müraciət edən bir neçə şahidlərdən biridir.
O zamandan bu fəaliyyətin ağırlığı və miqyası barədə məlumatı açıqlayan çoxsaylı müstəqil hesabatlar üzə çıxıb.
2019-cu ildə London müstəqilı tribunal bu nəticəyə gəlib ki, Çin Kommunist Partiyası vicdan məhbuslarını onların orqanları naminə “xeyli miqyasda” öldürür və əsas qurbanlar “Falunqun”un davamçılarıdır.
Doktor Çjenin tarixçəsi
2015-ci ildə ilk dəfə öz tarixçəsini ayama altında çətinliklə danışanda doktor Çjen hələ də dəhşət içində olub. Saatlarla davam edən müsahibə zamanı o, əllərilə masanın kənarından bərk yapışır, əsəbi halda gah ayağa qalxır, gah da əyləşirdi.
Onun sifəti dəyişib, “həddən artıq dəhşətlidir” sözlərini tez-tez təkrarlayıb. Çjen gənc oğlanın gözlərinin çıxarılması prosesini titrək səslə təsvir edəndə gözləri yaşla dolub.
Furqonda orqanların quldurcasına çıxarılmasından sonra Çjen Çji xəstəxananı tərk edib. O, Dalyandan şimala 4 saatlıq məsafədə yerləşən Lyaoyan şəhərində pediatr və terapevt işləyib. Lakin tibbi industriyadan kənarda xəlvəti baş verənləri görəndən sonra onda dəhşət hissi zamanla yalnız güclənib.
Bir dəfə yeddi nəfərdən ibarət olan və Çin rəhbərliyinin elitasının özəyini təşkil edən Siyasi Büronun Daimi Komitəsinin məmurlarının tanış köməkçisi Çjenə şokedici məlumat verib.
Söhbət zamanı doktor Çjen qeyd edib ki, “Falunqun”un Çinin şimal-şərqində təqibi çox qəddarcasına olub.
Tanışı dərhal cavab verməyib, lakin ayrılmazdan öncə o, dönüb Çjenin gözlərinə baxıb.
“Hubey əyalətinin Uxan şəhərində əyalətin İctimai Təhlükəsizlik Bürosunun arxa həyətində “Falunqun” qrupunun saxlanılan ardıcılları çoxdur. Onların bəziləri həddi-buluğa çatmayan uşaqlardır”, – o, deyib və hər sözündən bir fasilə verib. – Mən orada olmuşam”.
Onlar bu mövzunu müzakirə etməyib, lakin bunun orqanların kütləvi mənbəyi olduğu Çjeyə çox təsir edib.
Tanışının sözləri doktor Çjendə məsələni beynəlxalq arenaya çıxarmaq kimi “qisas missiyası” yaradıb. Nəticədə o, 2005-ci ildə Tailanda qaçıb, orada qaçqın statusu alıb, 2007-ci ildə Kanadaya köçüb.
Doktor Çjenin sözlərinə görə, Kanadaya gələndən səkkiz ay sonra öz tarixçəsini danışmaq üçün KİV axtarıb. O, seçimində səhv etsəydi, nəinki özü bəlaya düşəcəkdi, həm də problem lazımi qədər işıqlandırılmayacaqdı.
“Adi insanlar kommunist partiyasının cinayətkar mahiyyətini təsəvvürünə belə gətirə bilməz, – o, deyib, – lakin problem daha genişdir”.
“Varlanmaq naminə çinlilərin qətli və
orqanlarının oğurlanması sərhəddi olmayan cinayətdir, – doktor Çjen deyib. – Azad ölkədə yaşayan və elementar vicdanı olan adam kimi mənim susmağa ixtiyarım yoxdur”.
Onun sözlərinə görə, o, öz yazılarını qoruyub saxlayır. Kommunist partiyası çökəndə və məhkəmə qarşısında dayananda o, “ədalətin şər üzərində zəfər çalacağına” şübhə etmədən tribunaya qalxacaq.


