Qazı Əbu Yusif kimdir?

Qazı Əbu Yusif hənəfi məzhəbinin banisi Əbu Hənifənin iki böyük şagirdindən biridir (Əbu Hənifənin o biri şagirdi Məhəmməd Şeybani idi). Hənəfi məzhəbi məhz bu iki nəfərin səyləri ilə inkişaf etmiş və məşhurlaşmışdı.

Milletinsesi.az islam.az-a istinadən bildirir ki, Qazı Əbu Yusif kimi tanınan Yəqub ibn İbrahim (vəfatı miladi 798-ci il) bir neçə alimdən dərs aldıqdan sonra Əbu Hənifənin şagirdləri cərgəsinə qoşulmuşdu. Bütün ömrünü hənəfi fiqhinin yayılmasına sərf etmiş Əbu Yusif öz fətvalarını bir neçə kitabda şərh etmişdir. Hənəfiliyin yayılmasında onun rolu hər şeydən əvvəl qazılar qazısı vəzifəsini daşıması ilə bağlıdır. Əbu Yusif 18 il ərzində Bağdadın baş qazısı vəzifəsini yerinə yetirmiş, Harun ər-Rəşidin əmri ilə ən məşhur əsəri olan “Kitab əl-xərac”ı qələmə almışdır.

Share: