Paytaxtın Nərimanov rayonunda marketlərdən birində qətl törədilib.
Moderator.az Xəzər TV-yə istinadən bildirir ki, ağır cinayət Rövşən Əliyev küçəsində, metronun ”Ulduz” stansiyasının yaxınlığında baş verib.
Bu barədə polisə məlumat daxil olan kimi rayon hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə gəlib baxış keçiriblər.
Nərimanov rayon Prokurorluğundan verilən məlumata görə, hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Faktla bağlı ”qəsdən adam öldürmə”maddəsi ilə cinayət işi başlanıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: