Türkiyənin İstanbul şəhərində növbəti zəlzələ baş verib.
Milletinsesi.az xəbər verir ki, Türkiyənin Fövqəladə və Təbii Fəlakətlər İdarəsi (AFAD) yeraltı təkanların yerli vaxtla saat 10:32-də 3,6 bal gücündə baş verdiyini bildirib.
Yerin 7,78 kilometr dərinliyində baş verən zəlzələnin episentri Mərmərə dənizinin Silivri sahilləri olub.
Təbii fəlakət zamanı dağıntı olmayıb.
Qeyd edək ki, sentyabrın 24-də İstanbulda 4,6 bal gücündə zəlzələ olmuşdu.