Energetika naziri Gədəbəydə vətəndaşları qəbul edib

Bu gün energetika naziri Pərviz Şahbazov Gədəbəydə vətəndaşları qəbul edib.

 

Moderator.az-ın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, nazirliyin müvafiq struktur bölmə rəhbərlərinin iştirakı ilə Gədəbəy rayon Heydər Əliyev Mərkəzində təşkil edilmiş qəbulda vətəndaşların elektrik enerjisi təchizatı, şəbəkəyə qoşulma, qazlaşdırma, işlə təminat və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün lazımi tapşırıqlar verilib.

 

Qəbulda Gəncə şəhəri və Gədəbəy rayonundan olan vətəndaşlar iştirak edib.

 

Mənbə

Share: