“112 Ukrayna” telekanalının lisenziyası ləğv edilib

“112 Ukrayna” telekanalının rəqəmsal yayım üçün lisenziyası ləğv edilib.

APA-nın “rbc.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Milli Televiziya və Radio Yayımı Şurası qərar qəbul edib.

Telekanal qərarı qanunsuz hesab edib. Bildirilib ki, onlar ukraynalıların obyektiv informasiyadan mərhum edilməsinə imkan verməyəcəklər.

Yayım Şurasından verilən məlumata görə, telekanal mütəmadi olaraq lisenziyanın şərtlərini pozub və bununla bağlı bir neçə dəfə telekanala xəbərdarlıq edilib. Telekanal xəbərdarlığa məhəl qoymadığı üçün ən sərt qərar qəbul edilib.

“112 Ukrayna” telekanalı, eyni zamanda “112.ua” və “112.international” saytları fəaliyyətlərini davam etdirirlər.

Qeyd edək ki, iyulun ortasında Kiyevin mərkəzində “112 Ukrayna” telekanalının binası qumbaraatandan atəşə tutulub. İnsident nəticəsində xəsarət alan olmayıb. Polis hadisəni terror aktı kimi qiymətləndirib.

Share: