
“Çünki ruslar təcavüzkar və barbardır…”
Finlandiyada Dmitri Medvedevin finlər haqqında “Twitter”də fin dilində dərc edilmiş zarafatlarına diqqət çəkilib.
Moderator.az xəbər verir ki, Finlandiyanın “Etelà-Suomen Sanomat” nəşri uydurulmuş personajlar Pekka və Mattinin Finlandiyanın müstəqilliyini müzakirə edən lətifəni dərc edib.
Ötən dəfə onlar NATO-da üzvlük məsələsini müzakirə edib.
Dmitri Medvedevin “X” şəbəkəsində (keçmiş “Twitter” şəbəkəsi) dərc edilmiş postda uydurulmuş Pekka və Matti personajları bu dəfə Finlandiyanın müstəqilliyini müzakirə edir.
“Pekka, görəsən biz nədən ruslardan belə qorxuruq?” – dialoq belə başlanır.
Pekka cavab verir ki, ruslar təcavüzkar və barbardır.
O zaman Matti sual edir ki, Finlandiyanın müstəqilliyini kim yaradıb?
“Matti, Lenin adında bir rus olub, o, yaradıb”, – Pekka cavab verib.
Əvvəlki dialoqda Pekka və Matti NATO-da üzvlük məsələsini müzakirə edib.
Dialoq belə olub:
– Pekka, nədən bizim ölkəmiz NATO-ya daxil olub?
– Çünki ruslar bizi təhdid edir.
– Bəs onlar bizi nədən təhdid edir?
– Matti, çünki biz NATO-ya daxil olmuşuq.
Medvedevin dərc etdiyi material, hər şeydən göründüyü kimi, süni intellekt əsasında yaradılan əlavənin işinin nəticəsi olan iki təsvirlə müşayiət edilir.
Təsvirlərdə ağzı açıq halda iki kök kişini görmək olar.
Hər şeydən göründüyü kimi, bunlar Medvedevin öz postunda təqdim etdiyi “Matti” və “Pekka” adlı finlərdir.