
“Sarr Logistics” MMC “Star Mining” MMC-ni məhkəməyə verib.
FED.az-a istinadla xəbər veririk ki, iddia müqavilələrdən (daşıma) əmələ gələn öhdəliklərdən yaranmış mübahisələr üzrə qaldırılıb.
İşə Bakı Kommersiya Məhkəməsində baxılır. İddia hakim Günay Namazovanın icraatındadır.
Məhkəmə ilə əlaqəli hazırlıq iclası 11:45-ə təyin edilib.